Serbiya Prezidenti Aleksandar Vuçiç Avropanın daha genişmiqyaslı silahlı münaqişə astanasında olduğunu bildirib.
O, bunu “Axel Springer”in İdarə Heyətinin sədri Matias Döpfnerin podkastında deyib.
“Düşünürəm ki, biz daha böyük müharibənin başlanğıcındayıq”, – deyə Vuçiç bildirib.
Onun sözlərinə görə, son vaxtlar kimsənin Rusiya-Ukrayna münaqişəsində sülhə nail olmaq üçün səy göstərəcəyinə ümid edirdi. Lakin serb liderin qeyd etdiyi kimi, bu baş verməyib və onun fikrincə, yaxın vaxtlarda da baş verməyəcək.
“Bu o deməkdir ki, biz daha genişmiqyaslı müharibənin astanasındayıq”, – deyə Vuçiç bildirib.







