Bu şəxslərə pulsuz ev verilir – Dövlət Agentliyi 1.4 milyon manat ayırdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün növbəti satınalmanı həyata keçirib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Agentlik Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı elan etdiyi tender müsabiqəsini yekunlaşdırıb.

Satınalma müsabiqəsinin qalibi fiziki şəxs Natiq Hüseyn oğlu Əlisoy olub. Tərəflər arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 1 444 840 manat təşkil edir.

Qeyd edək ki, yeni alınan tam təmirli mənzillər dövlət proqramı çərçivəsində Neftçala rayonunda məskunlaşan şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş vətəndaşlara təqdim ediləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər