26 C
Baku
Tuesday, April 30, 2024

Nazir müavini: “Ən önəmli məsələlərdən biri nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsidir”

“Bu gün ən önəmli məsələlərdən biri nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Hələ bir neçə il əvvəl təklif etdik ki, bütün ödəmələr nağdsız olsun və biz də belə ödənişlərə görə ƏDV-ni 18% deyil, 9%-lə hesablayaq. Lakin bu, elə təklif olaraq qaldı”. 

Bunu jurnalistlərlə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, bu gün ƏDV sistemi tam avtomatlaşdırılıb: “Hazırda ƏDV bəyannamələrinin 98%-i tam avtomatlaşdırılıb”.

Nazir müavini həmçinin vergi borcları ilə bağlı məsələlərə toxunub: “Hazırda vergi ödəyicilərinin büdcəyə olan vergi borcu 1,6 mlrd. manatdan bir qədər çoxdur. Bu ildən etibarən vergi borcu olan hüquqi şəxslərin ölkədən çıxması məhdudlaşdırılıb”.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər