Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-iyul aylarında 248,9 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 88,4 faiz artmış, maşın və avadanlıqların istehsalı isə 73,5 faiz azalmışdır.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2026-сı ilin yanvar-iyul aylarında 1881 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 411 ədəd az minik avtomobili istehsal olunmuşdur.







