Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 69%-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 145,2 milyon manat vəsait daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68,8 % çoxdur.

7 ay ərzində qurum 36 hərrac keçirib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 616 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 328-i qeyri-yaşayış, 2 370-i torpaq sahələri üzrə olmaqla 2 698 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 9,05 % çoxdur. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 22,3 % çox – 32,9 milyon manat vəsait ödənilib.

Beləliklə, yanvar-iyul aylarında özəlləşdirmə və icarədən büdcəyə ümumilikdə 178,1 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 57,75 % çoxdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər