Microsoft xidmətlərinin istifadəçiləri kütləvi nasazlıqla üzləşiblər. Downdetector saytının məlumatları bunu göstərir.
Problemlər Microsoft Teams, Microsoft Copilot və GitHub xidmətlərinə təsir edib. Bu gün bir neçə saat ərzində müxtəlif ölkələrdən çoxsaylı şikayətlər daxil olub. Hazırda Microsoft Teams və GitHub-la bağlı müraciətlərin sayı kəskin azalıb, Copilot-da isə problemlər davam edir.
GitHub nasazlığı təsdiqləyərək problemli komponenti müəyyən etdiyini və düzəliş tədbirləri gördüyünü bildirib.
“Bununla belə, autentifikasiya zamanı vaxtaşırı yaranan nasazlıqlar şəklində qalıq təsirlər müşahidə edirik. Əlavə tədbirlər görməyə və qalan problemləri araşdırmağa davam edirik”, — şirkət qeyd edib.
Microsoft səhmləri 3%-dən çox ucuzlaşıb.







