“Uber” və “Zipline” ABŞ-də dronla çatdırılma xidmətinə başlayır

“Uber” ABŞ-də dronlarla çatdırılma xidmətinə başlayacaq.

“Reuters”ə istinadən xəbər verilir ki, “Uber Technologies” və “Zipline” şirkətləri ABŞ-də “Uber Eats” müştəriləri üçün avtonom dronlarla çatdırılma xidmətinin işə salınması məqsədilə tərəfdaşlıq barədə razılığa gəliblər.

Tərəfdaşlıq çərçivəsində “Uber” dronla çatdırılma şirkəti “Zipline”a strateji investisiya da yatırıb.

Şirkətlər 2029-cu ilin sonunadək gündə 1 milyon dron çatdırılmasına nail olmağı planlaşdırırlar. İlk çatdırılmaların bu ilin sonunda həyata keçirilməsi nəzərdə tutulur.

Xidmət əvvəlcə “Zipline”ın ABŞ-də artıq fəaliyyət göstərdiyi ərazilərdə istifadəyə veriləcək. Daha sonra isə onlarla əlavə şəhərə genişləndiriləcək.

Dörd qitədə fəaliyyət göstərən “Zipline” indiyədək 2 milyon çatdırılma həyata keçirib. Şirkət bu ilin əvvəlində 800 milyon dollar investisiya cəlb edib. Son qiymətləndirməyə əsasən, “Zipline”ın dəyəri 7.6 milyard dollar təşkil edir.

MənbəOxu.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər