Qeydiyyatda olan işsizlərin sayı azalıb – RƏSMİ

2026-cı il avqust ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,1 min nəfər olmuş, onların 52,8 faizini qadınlar təşkil edib.

Banker.az bunu Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış məlumatlara istinad edir.

Bildirilir ki, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 467,8 manat olub.

Halbuki, bir ay əvvəl onların sayı 248,5 min nəfər və işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 475,8 manat idi.

Dövlət Statistika Komitəsi isə ötən gün açıqlamasında 280 min nəfər işsizin olduğunu bildirir ki, bu da öncəki aydan cəmi 600 nəfər ətrafında azalmadır. Bu da işsizlik səviyyəsinin son bir ildə dəyişməz qalaraq 5,2 faizdə qalması deməkdir.

2026-cı il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 426,8 min nəfər olmuş, onlardan 5 milyon 146,8 min nəfərini məşğul əhali təşkil edib.

Cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər, o cümlədən dövlət sektorunda 844,6 min nəfər, qeyri-dövlət sektorunda isə 942,8 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 30,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 757 min nəfər çalışmışdır.

Ölkədə iyuldakı orta aylıq əmək haqqı 1 174,4 manat olmaqla öncəki ayda qeydə alınan 1 175 manatdan cəmi 60 qəpik azdır.

2026-cı ilin altı ayı ərzində ölkədə 52,3 min yeni iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 93,2 faizi qeyridövlət sektorunda açılmışdır. Yeni açılmış iş yerlərinin 77,5 faizi Bakı şəhərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, 21 faizi digər regionların, o cümlədən 6,5 faizi Abşeron-Xızı, 2,5 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi ŞəkiZaqatala, 1,8 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,1 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur, 0,8 faizi LənkəranAstara, 0,8 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan və 0,5 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 22,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 77,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər