Azərbaycan Mərkəzi Bankı (AMB) “CİB Sığorta Agentliyi” MMC-nin, həmçinin 10 sığorta brokeri və agentinin lisenziyasının qüvvəsini müvəqqəti dayandırıb.
Banker.az xəbər verir ki, “CİB Sığorta Agentliyi” MMC-yə 1 dekabr 2022-ci ildə verilmiş SA-0264 nömrəli lisenziyanın qüvvəsi Mərkəzi Bankın 14 may 2026-cı il tarixli qərarı ilə 3 ay müddətinə dayandırılıb.
Qərar “Sığorta fəaliyyəti haqqında” Qanun əsasında verilmiş təqdimatın vaxtında və ya tam yerinə yetirilməməsi ilə əlaqədar qəbul edilib.
AMB-nin eyni tarixli digər qərarı ilə müvafiq hesabatın təqdim edilməməsinə görə daha 10 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi 1 ay müddətinə dayandırılıb.
Onların arasında bir hüquqi şəxs olan sığorta brokeri, iki fiziki şəxs olan sığorta brokeri və yeddi fiziki şəxs olan sığorta agenti var.








