Azərbaycan Gürcüstandan avtomobil idxalını 38 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 105,6 milyon ABŞ dolları dəyərində 3 min 153 ədəd avtomobil ixrac edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 38 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Bu ilin ilk 7 ayı ərzində Gürcüstan xarici ölkələrə 1 milyard 161 milyon ABŞ dolları dəyərində 48 min 314 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 22 % və 20 % azdır.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 498,1 milyon ABŞ dolları dəyərində 13 min 140 ədəd, Qazaxıstana 248,6 milyon ABŞ dolları dəyərində 16 min 31 ədəd, İrana 119 milyon ABŞ dolları dəyərində 6 min 749 ədəd, Tacikistana 60,5 milyon ABŞ dolları dəyərində 3 min 512 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər