Azərbaycanda Turizm İnformasiya Sistemi yaradılacaq

Azərbaycanda Turizm İnformasiya Sisteminin yaradılması və inkişaf etdirilməsi hədəflənir.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Bundan başqa, Proqramda hava yolu, dəmir yolu, rayonlararası avtobus, metro, ictimai şəhər nəqliyyatı üzrə sərnişindaşımaya dair məlumatların (dayanacaq, marşrut, səfər və müntəzəm reyslərə dair digər məlumatlar) “GFTS” (General Transit Feed Specification) formatında hazırlanması, audiobələdçi hazırlanacaq turizm nümayiş obyektlərinin siyahısının müəyyən edilməsi və həmin obyektlər üzrə 5 xarici dildə bələdçi mətnlərinin rəqəmsallaşdırılması və audio formata çevrilməsi, audiobələdçilərin QR kod və digər rəqəmsal alətlər vasitəsilə istifadəyə verilməsi, “Azerbaijan. travel” rəqəmsal turizm platformasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi yer alıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər