Naxçıvanda tütün istehsalı 7 dəfəyə yaxın artıb

Bu ilin avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında 45 778,1 ton dənli və dənli paxlalılar (qarğıdalısız), 24 911,9 ton kartof, 15 332,9 ton tərəvəz, 2 957,4 ton bostan məhsulları, 24 006,9 ton meyvə və giləmeyvə və 16,1 ton tütün yığılıb.

Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalılar istehsalı (qarğıdalısız) 21,6 %, kartof istehsalı 2,3 dəfə artıb.

Bu müddətdə tərəvəz istehsalı 2,7 %, bostan məhsulları istehsalı 71,1 %, meyvə və giləmeyvə istehsalı 2,8 %, tütün istehsalı isə 6,7 dəfə artıb.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər