Azərbaycan müxtəlif balıq növlərini Avropa bazarına çıxarmaq istəyir

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiya, Qazaxıstan və Türkmənistana 6108,7 ton dondurulmuş balıq məhsulu ixrac edilib.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 faiz artıb.

Bundan başqa, AQTA ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verən sənədlər imzalanıb.

Balıqyetişdirmə müəssisələrində yetişdirilən müxtəlif balıq növlərinin Avropa İttifaqı və Birləşmiş Krallıq bazarına ixrac icazəsinin əldə edilməsi istiqamətində Agentlik tərəfindən müvafiq işlər görülməkdədir.

Azərbaycana soyudulmuş və dondurulmuş balıq məhsulları 20-dən çox ölkədən, o cümlədən İran, Rusiya, Vyetnam, Türkiyə, Çin, Çili, Norveç və Estoniyadan idxal olunur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər