Balıq kürüsünün ixracında əhəmiyyətli artım qeydə alınıb.
Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, bu ilin 7 ayı ərzində 954,2 kq balıq kürüsü 12 ölkəyə, o cümlədən ABŞ, Niderland, Kanada, Avstraliya, Sinqapur və İtaliyaya ixrac olunub.
Əvvəlki illə müqayisədə balıq kürüsünün ixrac həcmi 2,7 dəfə artıb. İxrac olunan balıq məhsulları və kürüsü idxalçı ölkələrin tələblərinə uyğun olaraq baytarlıq sertifikatı ilə təmin edilir.






