Ödəniş texnologiyaları sahəsində dünyanın şirkətlərindən biri olan “Mastercard” Şərqi Avropa regionunda yüksək səviyyəli təyinat həyata keçirib.
Banker.az xəbər verir ki, daha əvvəl “Mastercard” Türkiyə və Azərbaycan üzrə baş meneceri vəzifəsində çalışan, daha sonra Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrə Strategiya, Birləşmə və Satınalmalar, Risk və Analitika üzrə baş vitse-prezident vəzifəsini icra edən Avşar Gürdal sentyabrın 1-dən etibarən Mastercard Şərqi Avropa regionunun prezidenti vəzifəsinə başlayacaq.
Gürdal yeni vəzifəsində “Mastercard”ın Şərqi Avropa regionunda biznes strategiyasının formalaşdırılması və həyata keçirilməsinə, regional inkişaf prioritetlərinin reallaşdırılmasına, müştərilər və biznes tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə, eləcə də ödəniş texnologiyaları ekosistemində innovativ həllərin daha geniş tətbiqinə cavabdeh olacaq.
“Mastercard” Türkiyə və Azərbaycan üzrə baş meneceri olduğu dövrdə Gürdal şirkətin hər iki bazarda strateji prioritetlərinin həyata keçirilməsinə, rəqəmsal ödəniş həllərinin daha geniş yayılmasına və Azərbaycanda nağdsız ödəniş ekosisteminin inkişafına töhfə verib. “Mastercard” daxilində müxtəlif rəhbər vəzifələrdə qazandığı təcrübəyə əsaslanaraq, Gürdal yeni vəzifəsində Şərqi Avropanın dinamik və sürətlə inkişaf edən bazarlarında şirkətin inkişaf yolunu daha da irəli aparmağı hədəfləyəcək.
Avşar Gürdal kimdir?
Karyerasına “Unilever”də başlayan Avşar Gürdal PRG və Value Partners şirkətlərində çalışdıqdan sonra 2015-ci ildə Mastercard Advisors-a qoşulub. 2016-cı ildə Mastercard-da Müştəri Münasibətlərinin İdarə Edilməsi üzrə direktor təyin olunan Gürdal 2019-cu ildə Mastercard Türkiyə üzrə vitse-prezident vəzifəsini icra etməyə başlayıb. 2022-ci ildə Mastercard Türkiyə və Azərbaycan üzrə baş menecer təyin olunan Gürdal daha sonra Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrə Strategiya, Birləşmə və Satınalmalar və Analitika üzrə baş vitse-prezident vəzifəsində çalışıb.
Gürdal Boğaziçi Universitetinin Maşın mühəndisliyi fakültəsinin məzunudur və Koç Universitetində MBA dərəcəsi alıb.







