Təqribən 23 il əvvəl Litvada ölkənin milli valyutası olan lita yaradıldı. Lakin bu valyutanın ömrü uzun olmadı. 2015-ci ilin 1 yanvar tarixindən Litva Avrozonaya daxil oldu və dövriyyəyə avro çıxdı.
Banker.az saytı son dövrlərdə geosiyasi hadisələr səbəbindən yox olan valyutaları təqdim edir.
Avrozonanın yaradılması:
Avropa valyuta ittifaqı 1 yanvar 1999-cu ildən öz funksiyalarını icra etməyə başlayır. Hazırda bu ittifaq avro xatirinə öz milli valyutasından imtina edən 19 dövləti birləşdirir. Litva – hazırda avrozonaya qoşulan sonuncu ölkədir.
SSRİ-nin süqutu:
SSRİ-nin rəsmi valyutası olan rubl 1923-cü ildən 1991-ci ilin 26 dekabr tarixinə qədər öz mövcudluğunu saxlayıb. SSRİ-nin süqutundan sonra rubl yavaş-yavaş dövriyyədən çıxarılırdı. Ən son Tacikistan 1995-ci ildə rubldan imtina edir.
Yuqoslaviyanın süqutu:
Dinar – ilk dəfə 1918-ci ildə Yuqoslaviya krallığında buraxılır, daha sonra sosializm dövründə rəsmi valyuta olur və 2003-cü ildə Yuqoslaviyanın süqutu ilə dövriyyədən çıxır. Bu zaman Serbiya və Çernoqoriya da dinardan imtina edir.
Çexoslavakiyanın süqutu:
Çexoslavakiya kronu 1919-cu ildən 1993-cü ilə qədər dövriyyədə idi. Ölkənin Çexiya və Slovakiya adlı iki ölkəyə ayrılmasından sonra valyuta çex və slovak kronu ilə əvəz edilir. Slovakiya isə daha sonradan 2009-cu ildə avroya keçid səbəbindən milli valyutasından imtina edir. Çexiyada isə kron hələ də dövriyyədədir.
ADR-in ləğv edilməsi:
Mark 1948-ci ildən 1990-cı ilə qədər mövcud idi. Bütün bu dövr ərzində mark konvertasiya edilməyən valyuta hesab edilirdi. Kiçik məbləğlər istisna olmaqla, onun ölkə xaricinə çıxarılması halında isə həmin şəxsləri cəza gözləyirdi.
Berlin divarı uçurulduqdan sonra o 1999-cu ildə avro tətbiq edilənə qədər dövriyyədə mövcud olan alman markı ilə əvəz edilir.
Valyutalar yalnızca dövlətlərin süqut etməsi və yeni iqtisadi blokların yaradılması nəticəsində dövriyyədən çıxmır. Məsələn, Zimbabvedə hiperinflyasiya səbəbindən zimbabve dollarından imtina edilir.