Zelenski: Ukrayna müharibənin dayandırılması üçün ABŞ və Avropa ilə birgə plan hazırlayıb

Ukrayna müharibənin dayandırılması üçün ABŞ və Avropa ilə birgə plan hazırlayıb

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, plan ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmiləri ilə birgə hazırlanıb. Sənəddə atəşkəsin elan olunması, Rusiya və Ukrayna qoşunlarının cəbhə xəttindən qarşılıqlı şəkildə geri çəkilməsi və bu ərazidə bufer zonasının yaradılması nəzərdə tutulur.

Zelenski bildirib ki, ABŞ tərəfinin əlavə təklifləri də var və Kiyev onların təqdim olunmasını gözləyir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər