“Lənkəran Çay-3” ASC MMC-yə çevrildi.
Banker.az xəbər verir ki, “Lənkəran Çay-3” Açıl Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasının dəyişdirildiyini elan edib.
Cəmiyyət reorqanizasiya olunaraq bundan sonra “Lənkəran Çay-3” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, şirkətin nizamnamə kapitalı 201 150 manatdır və qanuni təmsilçisi Arzuman Qasımovdur.







