Qarabağ Dirçəliş Fondu 2025-ci ili 121 milyon 260 min manat xalis mənfəətlə başa vurub. Qurum 2024-cü ildə 137 milyon 525 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, fondun xalis mənfəəti illik müqayisədə 12% azalıb.
Banker.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.
Gəlirlərin tərkibində ianə gəlirləri illik müqayisədə 33% azalaraq 80 milyon 287 min manatdan 53 milyon 868 min manata düşüb. Əvəzində maliyyə gəlirləri 30% artaraq 74 milyon 579 min manatdan 96 milyon 911 min manata yüksəlib.
31 dekabr 2025-ci il tarixinə Fondun cəmi aktivlərinin həcmi 7.5% və ya 122.1 milyon manat artaraq 1 milyard 740 milyon manata çatıb.






