Bankların 7 ayda kreditlərdən gəliri 2.6 milyard manata çatdı

Azərbaycandakı bankların 2026-cı ilin yanvar-iyul ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 7 ayında bankların kreditlər üzrə faiz gəlirləri 2 milyard 583 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 370.3 milyon manat və ya 17% çoxdur.

Bankların 2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 2 milyard 213 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-iyul ayında faizlər üzrə xərcləri isə 1 milyard 182 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər