DSMF yeni ofis sahəsinin icarəsi üçün tender elan edib.
Banker.az xəbər verir ki, “Dövlət Sosial Müdafiə Fondu” (DSMF) Publik Hüquqi Şəxsi Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı açıq tender elan edib.
Müsabiqənin ehtimal olunan qiyməti 2 016 000 manat təşkil edir.






