“Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) “Aztelekom” MMC-yə birləşdirilməsi nəticəsində birincinin “Rabitəbank” ASC-dəki 0,0462%-lik payı “Aztelekom”a keçib.
Banker.az xəbər verir ki, bununla da “Aztelekom”un “Rabitəbank”dakı payı 0,044%-dən 0,0902%-ə yüksəlib.
Bankın digər səhmdarlarının paylarında dəyişiklik olmayıb. Belə ki, səhmlərin 38,6%-i Rauf Əliyevə, 34,64%-i Validə Abbasovaya, 11,4835%-i Zakir Nuriyevə, 9,1099%-i Dilarə Nuriyevaya, 6,0272%-i Aslan Xasiyevə məxsusdur.
Bankın hazırda nizamnamə kapitalı 101,3 milyon manat təşkil edir.
Qalan səhmlərin 0,024%-i “Bakcell” MMC-nin, 0,012%-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin, 0,008%-i “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin, 0,004%-i “Bakı Teleqrafı” ASC-nin, 0,0012%-i isə “AzInTelecom” MMC-nin payına düşür.
Qeyd edək ki, 2025-ci il aprelin 25-də qərar qəbul edilib ki, “Baktelekom”, “AzEvroTel”, “Gəncə Telekommunikasiya İdarəsi”, “Azərrabitəlayihə” və digər bir neçə struktur “Aztelekom”a qoşulublar.







