Şuşa və Xocalı kəndlərinin elektrik xətləri yenilənir — 7.2 mln. manatlıq layihə

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturlarının qurulması ilə bağlı iri həcmli yeni satınalma müsabiqəsi elan edib.

Banker.az xəbər verir ki, müsabiqə Şuşa rayonunun Sarıbaba, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi və Xocalı rayonunun Kosalar kəndlərinin xarici və daxili elektrik təchizatının təmin olunmasını əhatə edir.

Layihə çərçivəsində sözügedən yaşayış məntəqələrində 35 və 0.4 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulub.

Satınalmanın ehtimal olunan qiyməti 7 228 063 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər