Topdan sement satan şirkət 19 milyon manatlıq satışdan 2.5 milyon manat xalis mənfəət qazanıb

“Konstromat” ASC 2026-cı ilin ilk yarısını 2 milyon 514 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə səhmdar cəmiyyəti 1 milyon 796 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, şirkətin xalis mənfəəti illik müqayisədə 40% artıb.

Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.

Hesabat dövründə cəmiyyətin əsas əməliyyat gəlirləri 6.4% və ya 1 milyon 136 min manat artaraq 17 milyon 858 min manatdan 18 milyon 994 min manata yüksəlib. Satışın maya dəyəri 14 milyon 635 min manat təşkil edib.

30 iyun 2026-cı il tarixinə “Konstromat” ASC-nin cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.3% artaraq 14 milyon 912 min manatdan 15 milyon 701 min manata yüksəlib. Şirkətin cəmi kapitalı 4 milyon 764 min manatdan 7 milyon 536 min manata çatdığı halda, cəmi öhdəlikləri 10 milyon 148 min manatdan 8 milyon 165 min manata geriləyib.

Qeyd edək ki, “Konstromat” ASC 2013-cü ildə fəaliyyətə başlayıb və tikinti mareriallarının (əsasən Norm sement məhsullarının topdan) satışını təşkil edir. 200 min manatlıq səhmlərin 100%-i Əkbərov Rasim Naib oğluna məxsusdur. 2026 ci il ilk yarım ilində emitent tərəfindən
səhmlər üzrə 1450 000 manat divident ödənilmişdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər