Məktəblərin təmiri və abadlaşdırılması üçün 3.8 milyon manatlıq tender yekunlaşıb.
Banker.az xəbər verir ki, Respublika üzrə ümumtəhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması üzrə keçirilən açıq tenderin qalibi müəyyənləşib.
Satınalma müsabiqəsinin qalibi “S.H. İnşaat Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə bağlanan müqavilənin ümumi maliyyə dəyəri 3 779 555 manat təşkil edir.






