Azərbaycan əhalisi 2025-ci ildə 7 milyard 40,8 milyon kilovatt-saat elektrik enerjisi istehlak edib.
Banker.az-ın məlumatına görə, ötən ilin göstəricisi 7 milyard 34,2 milyon kilovatt-saat olub. Beləliklə, əhalinin elektrik enerjisi istehlakı il ərzində demək olar ki, dəyişməyib.
Ən böyük istehlak Bakı şəhərinin payına düşüb.
Paytaxt əhalisi 2025-ci ildə 3 milyard 76,9 milyon kilovatt-saat elektrik enerjisi istifadə edib. Bu, ölkə əhalisinin ümumi elektrik istehlakının təxminən 43,7%-nə bərabərdir.
Abşeron-Xızı iqtisadi rayonunda əhalinin elektrik istehlakı 768,1 milyon kilovatt-saat, Qarabağ iqtisadi rayonunda 374,1 milyon kilovatt-saat, Gəncə-Daşkəsəndə isə 345,6 milyon kilovatt-saat olub.
Təkcə Abşeron rayonunda əhali 501,6 milyon kilovatt-saat elektrik enerjisi istehlak edib. Sumqayıtda isə bu göstərici 259,3 milyon kilovatt-saat təşkil edib.







