Yaponiyanın 10 illik istiqrazlarının gəlirliliyi 1996-cı ildən bəri ilk dəfə 3%-i ötüb

Yaponiyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi sentyabrın 1-də, çərşənbə axşamı 6 bazis bəndi artaraq 1996-cı ildən bəri ilk dəfə 3%-i keçib. Bu barədə Bloomberg yazır.

Yaponiya istiqrazlarının gəlirliliyinin yüksəlməsi zəif yenin və inflyasiyanın təsirini kompensasiya etmək üçün Yaponiya Bankının artıq sentyabrda faiz dərəcəsini artıra biləcəyi ilə bağlı gözləntilər fonunda baş verir.

Bir il əvvəl Yaponiya istiqrazlarının gəlirliliyi indiki səviyyədən iki dəfə aşağı idi. Bu da ölkə iqtisadiyyatında dəyişikliklərin nə qədər sürətlə baş verdiyini göstərir.

Bloomberg həmçinin bildirir ki, investorların Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilərini yüksəltməsi fonunda ABŞ xəzinədarlıq istiqrazlarının gəlirliliyi də artır. Hazırda ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyi ötən ilin yanvarından bəri ən yüksək səviyyədədir və 4,784% təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər