Türk lirəsindəki aktivlərə xarici kapital axını 75 milyard dollara çatıb

Türkiyə lirəsi aktivlərinə kapital axınının sürətlənməsi qısamüddətli vəsaitlərin mümkün risklərini gündəmə gətirib. İnvestorların yüksək faiz gəlirindən yararlanmaq üçün lirə aktivlərinə marağı artır.

Banker.az xəbər verir ki, bu barədə Bloomberg yazır.

Xarici investorlar Türkiyədə 37%-lik baza faizindən yararlanaraq valyuta törəmələri və pul bazarı fondlarına təxminən 75 milyard dollar yatırıb. Bu vəsait axını investorların daha aşağı faizlə borclanaraq yüksək gəlir təklif edən aktivlərə yatırım etdiyi faiz fərqindən qazanc strategiyası ilə bağlıdır.

BloombergHT-nin məlumatına görə, Türkiyədə pul bazarı fondlarında təxminən 3 trilyon lirə, yaxud 62 milyard dollar aktiv var. Pul bazarı fondlarından əldə olunan gəlirlərə vergi tətbiqi imkanının nəzərdən keçirildiyi bildirilir.

434

“QNB” bankının baş iqtisadçısı Erkin İşıqın hesablamasına görə, xarici investorların “carry trade” mövqelərinin təxminən 10 milyard dolları lirə pul bazarı fondlarında, 65 milyard dolları isə valyuta forvardlarındadır.

ABŞ-ın investisiya bankı “Goldman Sachs”ın strateqi Kamakşya Trivedi bildirib ki, avqustda lirənin ucuzlaşması bir qədər sürətlənib. Onun sözlərinə görə, bu, aylıq “carry trade” gəlirlərini 1%-dən aşağı salıb.

Bloomberg məlumatlarına görə, lirə aktivləri ilin əvvəlindən təxminən 11,2% gəlir gətirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər