ABŞ və G20 ölkələri süni intellektin tənzimlənməsinə daha yumşaq yanaşmanı nəzərdə tutan prinsiplər üzrə razılığa gəlib.
Banker.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Sənəd yeni ixtisaslaşmış nəzarət qurumlarının yaradılmamasını, süni intellektə sahələr üzrə yanaşılmasını və texnologiya şirkətləri ilə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Prinsiplərin əsas məqsədi innovasiyanı dəstəkləmək və tənzimləmənin yeni texnologiyaların tətbiqini ləngitməsinin qarşısını almaqdır. ABŞ G20 üzvlərini yalnız yeni yaranan problemlər üzrə əlavə qaydalar qəbul etməyə çağırıb.
Razılaşma məcburi xarakter daşımır. Prinsiplərin yekun təsdiqinin dekabrda keçiriləcək G20 sammitində baş tutması gözlənilir.







