Milli Depozit Mərkəzi “Clearstream” və “Euroclear”da hesab açmağa hazırlaşır

Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) “Clearstream” və “Euroclear”da hesabların açılması və bu beynəlxalq depozitar sistemlərinə üzvlük istiqamətində danışıqları davam etdirir.

Banker.az xəbər verir ki, MDM rəhbərliyi Stokholmda hər iki qurumun nümayəndələri ilə görüşərək prosesin hazırkı vəziyyətini, növbəti mərhələləri, eləcə də texniki və əməliyyat inteqrasiyası məsələlərini müzakirə edib.

Bu addım Azərbaycan kapital bazarının beynəlxalq maliyyə bazarlarına inteqrasiyasının gücləndirilməsinə və yerli bazar iştirakçılarının xarici maliyyə alətlərinə çıxış imkanlarının genişlənməsinə xidmət edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər