Xocavənddə 91 ev yenidən qurulur – layihənin dəyəri 1.3 milyon manatdır

Xocavənd rayonunun Tuğ kəndində 91 fərdi yaşayış evinin yenidən qurulması üçün layihələndirmə işlərinə 1,28 milyon manat ayrılıb.

Banker.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Tuğ kəndində 91 fərdi yaşayış evinin yenidən qurulması (rekonstruksiya) işlərinin layihələndirilməsi üzrə satınalma prosedurunu yekunlaşdırıb.

Prosedurun qalibi “Era Design Group” MMC seçilib.

Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi məbləği 1 281 043 manat təşkil edir.

Layihə çərçivəsində Tuğ kəndində 91 fərdi yaşayış evinin rekonstruksiyası üçün layihə sənədlərinin hazırlanması nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər