“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi işğaldan azad olunmuş ərazilərdə su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı keçirdiyi iki iri tender müsabiqəsinə yekun vurub. Qalib şirkətlərlə ümumilikdə 19.1 milyon manatdan çox məbləğdə müqavilələr imzalanıb.
Banker.az xəbər verir ki, müsabiqənin şərtlərinə əsasən, Ağdam rayonunun Qərvənd və Eyvazxanbəyli kəndlərinin su təchizatı və kanalizasiya sisteminin tikintisini “T.T.Ş.-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirəcək. Bu layihə üzrə bağlanmış müqavilənin ümumi məbləği 13 884 075 manat təşkil edir.
Digər tender üzrə isə Cəbrayıl rayonunun Soltanlı kəndinin su təchizatı və kanalizasiya sisteminin tikintisi işləri icra olunacaq. “Maşanlı, Soltanlı, Böyük Mərcanlı, Sarıcalı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi” çərçivəsində aparılan bu işlərin qalibi “Hydro-Geo Environnement Group” MMC olub. Tərəflər arasında 5 297 505 manat dəyərində müqavilə bağlanıb.







