6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-da şirkət iflasları maksimal həddə çatıb

ABŞ-da korporativ iflasların sayı 2016-cı ilin ilk yarısında 2009-cu ildən etibarən ən yüksək həddə çatıb.“Moody’s” beynəlxalq reytinq agentliyinin xəbərə görə, Amerika korporasiyaları arasında iflasların sayının artmasına əsas səbəb neft-qaz sektorunun likvid vəsaitlərə çıxışının məhdudlaşması olub. Belə ki, bu ilin ilk 6 ayı ərzində ABŞ-da 30 neft-qaz şirkəti borclarını ödəyə bilməyəcəyini açıqlayıb, bu da 2015-ci ilin yekununda qeydə alınan 26 iflas hadisəsindən çoxdur.

“Moody’s”in vitse-prezidenti Con Puçalla (John Puchalla) bildirib ki, bu ilin II rübündə əmtəə bazarı şirkətlərindəki iflaslar yayılaraq digər sektorlardakı iri şirkətlərə keçib və nəticədə, iflasların sayı artıb. Agentliyin hesabatına görə, əmtəə qiymətlərindəki azalma öhdəliyi 1 mlrd. ABŞ dollarından çox olan şirkətlərin sayında artıma səbəb olub. Belə ki, ilk rübdə belə şirkətlərin sayı 3 ədəd olduğu halda, II rübdə bu rəqəm 11-ə yüksəlib. Ümumi defolt elan olunan borc öhdəliklərinin həcmi isə 123% artaraq 45 mlrd. dollara çatıb.

Report

Son xəbərlər
Digər xəbərlər