“Altec” MMC nizamnamə kapitalını kəskin azaltdı.
Banker.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən “Altec” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının məbləğini azaldır.
Şirkət nizamnamə kapitalının 850 050 manat məbləğində azaldıldığını rəsmən elan edib.
Nizamnamə kapitalı azaldılmadan öncə 9 072 026 manat təşkil edirdi. Bu qərardan sonra şirkətin nizamnamə kapitalı 8 221 976 manata düşüb.
Xatırladaq ki, şirkət 2017-ci ildə yaradılıb və qanuni təmsilçisi Vüsal Azməmmədovdur.







