Azərbaycanda məktəblərin təmirinə 9 milyon manat xərclənəcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması ilə bağlı keçirdiyi iri həcmli tender müsabiqəsinə yekun vurub.

Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Mühəndislik Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

İdarə ilə qalib şirkət arasında bağlanan rəsmi müqavilənin ümumi dəyəri 9 084 195 manat təşkil edir. Müqavilə çərçivəsində ölkə ərazisindəki təhsil müəssisələrində nəzərdə tutulmuş təmir işlərinin aparılması, eləcə də kommunal və kommunikasiya xətlərinin bərpası və təchizatı həyata keçiriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər