6 C
Baku
Saturday, December 14, 2024

Küveyt benzinin qiymətini qaldırıb

Küveyt hökuməti azalan neft gəlirləri fonunda daxili bazarda benzinin qiymətlərini qaldırıb.

“Bloomberg” agentliyin verdiyi xəbərə görə, OPEC üzvü olan Küveytdə sentyabrın 1-dən etibarən aşağı oktanlı benzinin qiyməti 42% artırılaraq 0,3 USD/litrə, yuxarı oktanlı benzinin qiyməti isə 83% artırılaraq 0,58 USD/litrə yüksəldilir.

Hökumətdən gələn açıqlamalarda yeni qiymətlərin Körfəz Ölkələri Əməkdaşlıq Təşkilatı üzvləri olan dövlətlərin ortalama benzin qiymətlərinə uyğunlaşdırıldığı bildirilib.

Qeyd edək ki, Küveyt hökuməti qonşusu və dünyanın lider neft ixracatçısı olan Səudiyyə Ərəbistanı kimi ölkə iqtisadiyyatını neft asılılığından qurtarmaq üçün addımlar atmaq niyyətini bəyan edib. İqtisadiyyatın diversifikasiyası ilə Küveyt hökuməti qeyri-neft sektorundan əldə olunan gəlirləri məcmu gəlirlərin 15%-nə qədər artırmağı planlaşdırıb.

Report

Son xəbərlər
Digər xəbərlər