2026-cı ilin yanvar-avqust aylarında əsas kapitala 12 677.8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10 faiz çox investisiya yönəldilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 1.4 faiz artaraq 8 431.1 milyon manat olub.







