Lənkəran Şəhər İcra Hakimiyyəti 2 milyon manatlıq tenderə yekun vurub.
Banker.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti şəhər ərazisində abadlıq və yaşayış binalarında təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi açıq tender müsabiqəsini yekunlaşdırıb.
Satınalma müsabiqəsinin qalibi “Safari” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) seçilib.
Büdcə və büdcədənkənar vəsaitlər hesabına həyata keçiriləcək abadlıq və təmir işləri üzrə qalib şirkətlə bağlanmış müqavilənin ümumi məbləği 2 000 072 manat təşkil edir.







