DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST Agentliyi) publik hüquqi şəxsi regional inzibati binaların əsaslı təmiri ilə bağlı keçirdiyi açıq tender müsabiqəsini yekunlaşdırıb.

Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “İnnova İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Müsabiqə Agentliyin Şəmkir, Gədəbəy, Ağstafa və Göygöl şəhərlərində yerləşən inzibati binalarının əsaslı təmir işlərinin satın alınmasını əhatə edir.

Qalib şirkətlə bağlanmış müqavilənin ümumi məbləği 2 895 218 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər