“Google” Finlandiyada süni intellektinə €13 mlrd investisiya qoyacaq

“Google” Finlandiyada süni intellekt infrastrukturunun inkişafına 13 milyard avro investisiya etməyi planlaşdırır.

Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.

İnvestisiya çərçivəsində ən azı üç yeni məlumat emalı mərkəzinin tikintisi və şirkətin Hamina şəhərindəki mövcud məlumat mərkəzinin genişləndirilməsi nəzərdə tutulur. Layihədə Finlandiyanın soyuq iqlimindən və ekoloji təmiz enerji istehsalından yararlanılması planlaşdırılır.

Şirkətin hesablamalarına görə, tikinti mərhələsində layihə ölkə üzrə 37 mindən çox iş yerinin yaradılmasına səbəb olacaq. Mərkəzlər fəaliyyətə başladıqdan sonra isə təchizatçılar və yerli xidmətlər də daxil olmaqla, təxminən 7 min iş yerinin dəstəklənəcəyi gözlənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər