Donald Tramp ABŞ-nin neft hasilatı məsələsində OPEC-dən güclü olduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp iddia edir ki, ABŞ neft hasilatı məsələsində Venesuela ilə enerji sazişi hesabına OPEC-dən daha güclü olub.

Banker.az xəbər verir ki, Tramp bu barədə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Dallasda hakim Respublikaçılar Partiyasının milli qurultayında çıxış edərkən bildirib.

“Venesuela, Texas, Oklahoma, Şimali Dakota, Pensilvaniya və digər möhtəşəm ştatlarla biz OPEC-dən daha güclü olduq. [Neft] qiymətləri bu son dərəcə vacib seçkilərdən sonra aşağı düşəcək”, – Amerika lideri bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər