Apteklər şəbəkəsinin sahibi cərimələnir – Dövlət Agentliyindən protokol

“Dokta” MMC-nin qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satdığı müəyyən edilib.

Banker.az xəbər verir ki, şirkət barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 5 avqust 2026-cı ildə inzibati xəta haqqında protokol tərtib edilib.

Rəsmi məlumata əsasən, “Dokta” MMC qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb. Pozuntu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinə aid edilib.

Qanunun 13.1-ci maddəsinə əsasən, satıcı malın qiyməti və digər mühüm xüsusiyyətləri barədə istehlakçıya zəruri və düzgün məlumat verməyə borcludur.

Fakt İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə, yəni malın hesabına dair istehlakçının az miqdarda aldadılması kimi qiymətləndirilib. Həmin maddəyə əsasən, hüquqi şəxslər üçün 4 000 manatdan 6 000 manatadək cərimə nəzərdə tutulur.

Xatırladaq ki, “Dokta” MMC aptek fəaliyyəti ilə məşğul olan şirkətdir. Şirkət ölkənin müxtəlif bölgələrində apteklər vasitəsilə dərman vasitələrinin, bioloji aktiv qida məhsullarının və digər əczaçılıq məhsullarının pərakəndə satışını həyata keçirir. AQTA-nın rəsmi məlumatlarında “Dokta” MMC-yə məxsus “Dokta” və “Buta” apteklərinin fəaliyyət göstərdiyi qeyd olunub.

“Dokta” MMC-nin VÖEN-i 1401425191, nizamnamə kapitalı 1 000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153-dür. Direktoru Nahid Knyaz oğlu Vəliyevdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər