1 sentyabr 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 56 418 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Banker.az bunu Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 5,7 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1.939 olub. 2026-cı ilin yanvar-avqust aylarında kommersiya qurumlarının 85,4 faizi elektron, 14,6 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.







