Əhalinin 1 nəfəri ayda orta hesabla 539 manatlıq alış-veriş edib

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 538,6 manatlıq, o cümlədən 293.1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 245,5 manatlıq qeyri-ərzaq malları alıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2026-cı ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44.3 milyard manatlıq, o cümlədən 24.1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20.2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər