Ölkənin nəqliyyat xidmətlərindən gəlirləri artıb – Qalıq $941 milyona çatıb

Azərbaycanın nəqliyyat xidmətləri üzrə müsbət saldosu 2026-cı ilin ilk altı ayında 941,1 milyon dollar təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% çoxdur. 2025-ci ilin ilk yarısında nəqliyyat xidmətləri üzrə profisit 856,4 milyon dollar olmuşdu.

Azərbaycan Mərkəzi Bankının tədiyə balansı hesabatına görə, yanvar-iyun aylarında nəqliyyat xidmətləri üzrə ümumi dövriyyə 2,6 milyard dollar olub. Bu, Azərbaycanın xarici ölkələrlə ümumi xidmətlər dövriyyəsinin 28,5%-nə bərabərdir.

Hesabat dövründə Azərbaycan rezidentlərinin xarici müştərilərə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri 1,8 milyard dollar, xaricdən alınan nəqliyyat xidmətlərinin dəyəri isə 800 milyon dollar təşkil edib. Nəqliyyat xidmətlərinin 67,8%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə bağlı olub.

Qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik 6,6% artıb, idxalı isə 1,7% azalıb. Bunun nəticəsində nəqliyyat sektoru Azərbaycanın xidmətlər balansında müsbət saldo yaradan əsas istiqamətlərdən biri olub.

Ümumilikdə, Azərbaycanın xidmətlər balansında ilk altı ayda 1,04 milyard dollar kəsir yaranıb. Kəsir illik müqayisədə 1,2% azalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər