2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dollar təşkil etmişdi.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Türkiyəyə köçürmələr 68,01 milyon dollardan 58,48 milyon dollara düşsə də, ümumi xaricə axının 28,1%-ni təşkil edib.
Birləşmiş Ştatlara göndərilən məbləğ 25,2% azalaraq 39,98 milyon dollardan 29,89 milyon dollara (xüsusi çəkisi 14,4%) enib.
Rusiyaya köçürülən pul baratları 22,11 milyon dollardan 19,92 milyon dollara düşsə də, ümumi payı 9,3%-dən 9,6%-ə yüksəlib.
Gürcüstana yönəldilən vəsaitlərin həcmi 13,83 milyon dollardan 11,71 milyon dollara (xüsusi çəkisi 5,6%) geriləyib.
Birləşmiş Krallığa köçürmələr 12,26 milyon dollardan 11,56 milyon dollara düşsə də, ümumi payı 5,1%-dən 5,6%-ə qalxıb.







