2026-cı ilin ilk 8 ayında Azərbaycanın şəkər ixracında kəskin artım qeydə alınıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir.
Yanvar-avqust aylarında şəkər ixracından 91 milyon 92,5 min dollar gəlir əldə edilib. Ötən ilin müvafiq dövründə bu göstərici 39 milyon 505 min dollar təşkil etmişdi. İxrac gəlirləri 2.3 dəfə artıb.
Cari ilin 8 ayında xaricə 146 min 924 ton şəkər satılıb. Ötən ilin eyni dövründə bu göstərici cəmi 55 min 477 ton olub. İxracın miqdarı 2.6 dəfə artıb.
Şəkər ümumi ixracın 0,42%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 1,45%-ni təşkil edib







