Azərbaycanda publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar mexanizmi yaradılmalıdır.
Bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Publik hüquqi şəxsin əldə etdiyi vəsait də dövlət vəsaitidir. Hesab edirəm ki, 20 min manata qədər xərcləmələrdə özləri qərar verə bilər. Bundan artıq məbləğ satınalmalarla müzakirə edilsin. Yəni, qızıl orta tapılmalıdır və bu, analitik məsələdir. Bununla bağlı çox ciddi araşdırma aparılmalıdır. Çünki bençmarklar var və bu məsələlərlə bağlı çox ciddi problemlər olub. Onlar dərhal ala bilmirdilər və yeni formatda sonradan bunu tənzimlədilər ki, müəyyən bir həddə qədər özləri sırf qərar versinlər, ondan sonra isə satınalmalara gəlsinlər. Yəni bu proses özü-özlüyündə kifayət qədər böyük araşdırma və mexanizm tələb edən prosesdir”, – deyə o qeyd edib.







