“AZ Met İnvest” şirkəti kapitalını 2 milyon manatdan 10 manata endirir

“AZ Met İnvest” MMC nizamnamə kapitalını kəskin azaldır.

Banker.az xəbər verir ki, “AZ Met İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaldılması barədə elan edib.

Şirkət kapitalını mövcud 1 991 460 manatdan cəmi 10 manata endirir.

Qeyd edək ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, ev 5, mənzil 0 ünvanında yerləşir. “AZ Met İnvest” MMC-nin qanuni təmsilçisi Oqtay Qazıyev Adil oğludur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər