“Yelo Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub.
Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə Klaudiya Müller bankın Müşahidə Şurasının yeni üzvü təyin edilib.
Bildirilib ki, Klaudiya Müller bank texnologiyaları, audit və strateji transformasiya sahələrində 20 ildən artıq beynəlxalq təcrübəyə malik rəhbərdir.
O, Azərbaycanın mikromaliyyə sektoru ilə əməkdaşlıq edib, yerli bazar üzrə təcrübəsindən və innovativ bank texnologiyaları sahəsində biliklərindən istifadə etməklə əməliyyat sistemlərinin təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqinə töhfə verib.
Qeyd edək ki, bundan əvvəl “Yelo Bank”ın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospielovski vəzifəsindən ayrılıb.







